Pioli: “Mövsümün sonunda titul qazanmalıyıq”
“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, qələbə qazanmaq istədiklərini deyib:
“Oynadığımız hər oyun bizim üçün bir təcrübədir. Avropa Liqasında mərhələ adlamaq istəyirik. Bura gəlmək üçün çox çalışmışıq. Mövsümün sonunda titul qazanmalıyıq.
Bizi çətin oyunun gözlədiyini bilirik. İlk oyunda rəqib daha aqressiv idi və topu özlərində saxlayırdılar. İndi ilk oyunu unutmalıyıq. Fürsətlər yaradıb, qol vurmalıyıq.
Zlatan İbrahimoviç və İsmael Bennaser artıq sağalıb. Onların komandaya qayıdışı mənim üçün çox xoşdur. Onlar barədə son qərarı oyun vaxtı verəcəm”.
Bu gün keçiriləcək “Milan” – “Mançester Yunayted” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.
Bizi Facebook-da izləyin