Sulşer: “Buna görə də, Ronaldonu mütləq komandama gətirərdim”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan norveçli mütəxəssis, birlikdə oynadığı və öz komandasında görmək istədiyi futbolçuların adlarını açıqlayıb:

“Birlikdə oynadığım və indi heyətdə olmasını istədiyim bir neçə futbolçu var. Onlardan biri Roy Kindir. Onun kimi futbolçunun komandamda olmasını istərdim. Baxmayaraq ki, onu idarə edəcəyimə əmin deyiləm. Kriştiano Ronaldo ilə birlikdə oynamışam. Onunla Lionel Messi son 10-15 ilin ən yaxşı futbolçularındadır. Buna görə də, Ronaldonu mütləq komandama gətirərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button