“Real”la matça gəzmək üçün getmirik” – Qasperini

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyunu haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qasperini, İspaniyaya gəzmək üçün getməyəcəklərini deyib:

“Real”la matça gəzmək üçün getmirik. İlk oyunda çox müdafiə olunduq. Bu dəfə daha çox hücuma çıxacağımıza ümid edirəm. Qol buraxmayıb, qələbə qazanmaq istəyirik”.

“Atalanta” ilk matçda “Real”a doğma meydanda 0:1 hesabıyla uduzub. Komandalar arasındakı cavab oyunu martın 16-da, İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button