“Mançester Yunayted” “Milan”la oyuna ciddi itki ilə çıxa bilər

“Mançester Yunayted” Avropa Liqasının 1/8 final mərhələsinin “Milan”la ilk matçına ciddi itki ilə çıxa bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford sabah keçiriləcək qarşılaşmanı buraxa bilər. Bu barədə “Football İtalia” məlumat yayıb.

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Mançester Yunayted” matçında (0:2) ayaq biləyindən zədə alan Reşfordun “Milan”la ilk oyunu buraxacağı gözlənilir.

Sabah keçiriləcək “Mançester Yunayted” – “Milan” matçı saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button