“Bu qələbəyə layiq idik” – Flik
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Bundesliqanın 24-cü turunda “Borussiya”nı (Dortmund) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, alman mütəxəssis, 4:2 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Rəqibə şans versən, cəzalanacaqsan. İndi futbolda vəziyyət belədir. Hesabda geri düşəndə itirəcəyimiz bir şeyin olmadığını bilirdik. Sonda qələbə qazanan tərəf olduq. Bu qələbəyə layiq idik. Oyunda 60 dəqiqə üstün tərəf biz olduq. Hesabda geriyə düşəndə özümüzü itirmədik və oyuna qayıdıb, qələbə qazandıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin