PSJ istədi, “Real” “yox” dedi
Fransanın PSJ klubu “Real”ın futbolçusu Kazemironun xidmətində maraqlıdır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris klubu bunun üçün “Real”a rəsmi təklif də göndərib. “Kral klubu” isə 28 yaşlı futbolçunu satmaq istəmədiyini bildirərək, bu təklifdən imtina edib. Madrid klubu Kazemironun satışa çıxarılmayacağını və azı müqaviləsinin sonunadək komandada qalacağını açıqlayıb.
2013-cü ildən “Real”da çıxış edən braziliyalı futbolçunun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin