“Sabah” üzərində qələbə onlara motivasiya vermişdi” – Sənan Qurbanov
“Keşlə” Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab oyununda birinci divizion təmsilçisi “Kəpəz”i 2:0 hesabıyla məğlub edərək (ilk oyun 1:0), yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, oyundan sonra “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov açıqlama verib. Qurbanov, “Kəpəz”in hər iki görüşdə onlara çətinlik yaratdığını bildirib:
“Kəpəz” hər iki oyunda bizə çətin anlar yaşatdı. “Sabah” üzərində qələbə onlara motivasiya vermişdi. Rəqib oynamağa imkan vermirdi. Qarşımızda istəkli və aqressiv komanda var idi. Qələbə qazanıb mərhələni keçmək bizə çox lazım idi. Komanda olaraq pozitivliyə ehtiyacımız var. Futbolçularımı təbrik edirəm.
Tarixdə qazanılan titullar qalır. Bunun üçün mübarizə aparacağıq. Amma çempionatda durumumuz elə də yaxşı deyil. Qarşımıza qoyulan məqsəd komandanı hazırkı durumdan çıxarmaqdır. Hər oyuna qələbə üçün çıxmaq lazımdır. Nikbinliyi qoruyub-saxlaya bilsək, klub daha da inkişaf edə bilər”.
“Keşlə” yarımfinalda “Zirə” – “Neftçi” cütünün qalibiylə qarşılaşacaq.
Bizi Facebook-da izləyin