“Napoli” “Atalanta” ilə heç-heçəyə razılaşdı
Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“İnter”lə “Yuventus” yarımfinalın ilk görüşü çərçivəsində Milanda üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matçda Turin təmsilçisi qələbəyə sevinən tərəf olub.
Digər yarımfinal matçı “Napoli” ilə “Atalanta” arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.
Yarımfinalın cavab görüşləri fevralın 9-10-na nəzərdə tutulub.
İtaliya kuboku, yarımfinalın ilk oyunları
2 fevral
İnter – Yuventus 1:2
Qol: L.Martines, 9 – Ronaldo, 26-pen; 35.
3 fevral
Napoli – Atalanta 0:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin