Argentina yığmasının sabiq hücumçusu MLS klubunda
Argentina millisinin və “Lion”un sabiq futbolçusu Lisandro Lopes karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu MLS təmsilçisi “Atlanta Yunayted”ə keçəcək. Artıq tərəflər arasında razılıq əldə olunub və Lopes yeni klubu 1 illik müqavilə imzalayacaq.
2009-2013-cü illər aralığında Fransanın “Lion” klubunda çıxış edən Lopes, Argentina yığmasında 7 oyunda 1 qol vurub. O, hazırda ölkəsində “Rasinq”in şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin