Premyer Liqa klubunda ayrılıq

İngiltərənin “Kristal Pelas” klubu yarımmüdafiəçisi Maks Mayerlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı alman futbolçu ilə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

Mayer 2018-ci ildən “Kristal Pelas”ın uğurları üçün çalışırdı. “Şalke”nin yetirməsi olan, 2013-2018-ci illər aralığında məhz bu klubun formasını geyinmiş yarımmüdafiəçi Almaniya yığmasında da 4 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button