“Konyaspor”la “Hatayspor”da ayrılıq

Türkiyənin “Konyaspor” və “Hatayspor” klublarında ayrılıq qeydə alınıb.

Komanda.az xəbər verir ki, “Konyaspor” müdafiəçisi Uğur Demirokla, “Hatayspor” isə yarımmüdafiəçisi Gökhan Karadenizlə vidalaşıb.

Bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb. “Konyaspor” kapitanlarından olan Uğur Demirokun klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini açıqlayıb. Nəticədə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Qalatasaray”ın yetirməsi olan 32 yaşlı futbolçu 2018/2019 mövsümündən “Konyaspor”un uğurları üçün çalışırdı. O, “Qaziantepspor”, “Akhisarspor”, “Trabzonspor” və “Osmanlıspor”da da forma geyinib.

Gökhan Karadenizin “Hatayspor”dan ayrılığının səbəbi isə açıqlanmır. 30 yaşlı futbolçu 2018-ci ildən Super Liqa klubunun uğurları üçün çalışırdı. O, “Ərzurumspor”, “Göztəpə”, “Antalyaspor”, “Trabzonspor” kimi klublarda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button