Pioli “Yuventus” məğlubiyyətindən danışdı
“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 16-cı turu çərçivəsində “Yuventus”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Pioli, 1:3 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:
“Komandam paltardəyişmə otağında başını əyib, məyusluq hissini yaşadı. Uzun zamandır məğlub olmurduq və indi futbolçularımın çox məyus olması normaldır. Onları bu ana qədər qazandıqlarına görə təsəlli etdim və “Yuventus” qarşısında pis oynamadığımızı dedim”.
“Yuventus” “Milan”ı 3:1 hesabıyla məğlub edərək, “qırmızı-qaralar”ın A Seriyasındakı 27 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin