Braziliya yığmasının üzvündə koronavirus aşkarlandı

Fransanın “Lion” klubunun futbolçusu Bruno Qimarayns koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. O, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduqlarını və 10 günlük karantində qalacaqlarını bildirib.

Braziliya yığmasına da dəvət alan Bruno, “Lion”un “Renn” və “Lans”a qarşı keçirəcəyi oyunları buraxacaq.

Bruno bu mövsüm “Lion”da 16 oyuna 1 qol vurub. Yarımmüdafiəçi Braziliya yığmasında 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button