“Qalatasaray”a getmək karyeramda etdiyim ən böyük səhv idi”
Makedoniya millisinin üzvü Qoran Pandev açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 37 yaşlı hücumçu, “Qalatasaray” karyerası haqda da fikir bildirib:
“Qalatasaray”a getmək karyeramda etdiyim ən böyük səhv idi. Lakin həyat bizə səhvlər etməyə icaz verir. Türkiyə karyeram mən və ailəm üçün böyük təcrübə oldu”.
Pandev 2014/15 mövsümündə “Qalatasaray”da çıxış edib. Hücumçu “sarı-qırmızılar”la 4 oyuna çıxıb.
Makedon hücumçu hazırda İtaliyanın “Cenoa” klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin