AMADA rəsmisindən koronavirus peyvəndi ilə bağlı açıqlama

AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi )bu gün keçirdiyi illik hesabat xarakterli mətbuat konfransında idmançıların koronavirus peyvəndindən mümkün istifdəsi ilə bağlı açıqlama verilib.

Komanda.az xəbər verir ki, qurumun direktoru Şəfəq Hüseynli vaksinin tərkibində qadağan olunmuş maddələrin (dopinq) olub-olmamasına belə şərh verib:

“Bu məsələ WADA-nın (Ümumdünya Antidopinq Agentliyi) nəzarətindədir. Vaksin təsdiq edildikdən və tərkibi açıqlandıqdan sonra bu barədə məsləhətləşmələr olacaq. Məsələylə bağlı WADA qərarını açıqladıqdan sonra AMADA da bu prinsipi əsas tutacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button