“Səbail”in baş məşqçisi də koronavirusa yoluxdu

“Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı mütəxəssisdən götürülən test nümunələrinin nəticəsinin müsbət çıxdığı bildirilib.

Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.

“Səbail” Premyer Liqada növbəti oyununu sabah səfərdə “Keşlə”yə qarşı keçirəcək. Görüş saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button