Daha 3 futbolçu koronavirusa yoluxdu – Super Liqa klubunda

Türkiyənin “Ankaragücü” klubunda daha üç futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə kollektivin növbəti dəfə COVİD-19 testindən keçirildiyi və üç nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.

Xatırladaq ki, “Ankaragücü”ndə daha öncə də bir neçə futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button