“Fiorentina” məğlubiyyətdən son anda qurtuldu

Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Latsio” səfərdə “Spetsiya” ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Turun derbi görüşü Turində keçirilib. Son çempion “Yuventus” bu tur çərçivəsində doğma meydanda “Torino”nu qəbul edib. Derbi meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb. “İnter” isə “Bolonya”nı sınağa çəkib. Milanlılar doğma meydanda inamlı qələbə qazanıblar.

Bazar gününə altı matç planlaşdırılsa da, “Udineze” – “Atalanta” matçı baş tutmayıb. “Verona” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Roma” – “Sassuolo” və “Parma” – “Benevento” görüşlərində ümumiyyətlə qapılara qol vurulmayıb. Səfərdə “Krotone” ilə qarşılaşan “Napoli” 4 cavabsız qola sevinib. Lider “Milan” isə bu dəfə səfərdə “Sampdoriya”ya qalib gəlib.

Sonuncu oyun günündə “Fiorentina” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Florensiya təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub.

İtaliya A Seriyası, 10-cu tur

5 dekabr

Spetsiya – Latsio 1:2
Qol
: Nzola, 64 – İmmobile, 15. Milinkoviç-Saviç, 33.

Yuventus – Torino 2:1
Qol
: Makkenni, 78. Bonuççi, 89 – Nkulu, 9.

İnter – Bolonya 3:1
Qol
: Lukaku, 16. Hakimi, 45; 70 – Viqnato, 67.

6 dekabr

Verona – Kalyari 1:1
Qol
: Zakkayni, 21 – Marin, 48.

Udineze – Atalanta matçı təxirə salınıb

Roma – Sassuolo 0:0

Parma – Benevento 0:0

Krotone – Napoli 0:4
Qol
: İnsinye, 31. Lozano, 58. Demme, 76. Petanya, 90+1.

Sampdoriya – Milan 1:2
Qol
: Ekdal, 83 – Kessye, 45-pen. Kastilyexo, 77.

7 dekabr

Fiorentina – Cenoa 1:1
Qol
: Milenkoviç, 90+8 – Pyaça, 89.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button