“İlin sonuna qədər bütün oyunlarda qalib gəlməliyik” – Kuman
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Ferentsvaroş”a 3:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyundan razı qaldığını bildirən niderlandlı mütəxəssis, qrup mərhələsinin lideri olmaq istədiklərini bildirib:
“İlk hissədə mükəmməl futbol göstərdik. Son vaxtlar oyunumuzu inkişaf etdirmişik. Hücumda daha çox rəqabət var, müdafiəni isə daha da yaxşılaşdıra bilərik.
Bizim üçün vacib olan turnirin növbəti mərhələsinə vəsiqə qazanmaq idi. Amma qrup lideri olmaq, mümkün olan 18 xalı qazanmaq istəyirik. Həmçinin La Liqadakı oyunlarımızı da düşünməliyik. İlin sonuna qədər bütün oyunlarda qalib gəlməliyik”.
Bizi Facebook-da izləyin