Zidan istefa verəcək? – açıqlama
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) məğlub olduqları oyundan (0:2) sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, istefa verəcəyiylə bağlı çıxan xəbərlərə münasibət bildirib:
“İstefa verməyi düşünmürəm. İlk hissədə çox yaxşı oynadıq. Növbəti oyunda qələbə qazanıb, turu keçəcəyik. Pis bir məğlubiyyət aldıqdan sonra başınızı dik tutmalısız.
Hazırda bir çox problemimiz var. Bu oyunda qol vurmaqda çətinlik çəkdik. Bir qol vursaydıq, hər şey tamam fərqli olardı. Dediyim kimi, irəlidəki oyunlara baxmalıyıq”.
“Real” Çempionlar Liqasının B qrupunda 7 xalla 3-cü sıradadır. “Borussiya” (Münhenqladbax) 8 xalla lider, “Şaxtyor” (Ukrayna) 7 xalla 2-ci, “İnter” isə 5 xalla sonuncudur. Qrup mərhələsinin son turunda “Real” “Borussiya” ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin