Paytaxt klubunda gözlənilən istefa rəsmiləşdi
İtaliyanın “Roma” klubu baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
A Seriyasında uğursuz mövsüm keçirən, bir neçə gün öncə derbidə “Latsio”ya 0:3 hesabıyla uduzan, ötən gecə isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Portu”ya 1:3 hesabıyla məğlub olmaqla (ilk oyun 2:1) mübarizəni dayandıran “canavarlar” vəziyyətdən çıxış yolunu Di Françeskonu istefaya göndərməkdə görüb.
2017-ci ilin iyun ayında “Sassuolo”dan ayrılaraq “Roma”nın baş məşqçisi təyin olunan 49 yaşlı mütəxəssisin rəhbərliyi altında bu komanda İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 26 oyunda 44 xal toplayıb və 5-ci sırada qərarlaşıb.
Bizi Facebook-da izləyin