“O penalti zərbəsini yerinə yetirmək…” – Reşford

Çempionlar Liqasında PSJ qarşısında “Mançester Yunayted”in mərhələni keçməsini təmin edən penaltidən qol vuran Markus Reşford, həmin anda hiss etdiklərini anladıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, MY-nin 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Reşford, bunları deyib:

“Hər şey bizim əleyhimizə idi. Amma gücümüzü subut etdik. Bununla belə, hələ də çox çalışmalıyıq.

O penalti zərbəsini yerinə yetirmək oyunun ən çətin anları idi. Ancaq futbolu məhz belə anlar üçün oynayırıq. Sakitliyimi qorumağa çalışdım. Penalti zərbəsini qola çevirdiyim üçün xoşbəxtəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button