İtaliya yığmasında ciddi itki
Futbol üzrə İtaliya yığması itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, müdafiəçi Domeniko Krişito zədələnib.
Yığmanın düşərgəsində sıradan çıxan “Cenoa”nın futbolçusu heyətdən kənarlaşdırılıb.
Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Xəbərdə Krişitonun zədə səbəbindən Estoniya ilə yoldaşlıq görüşündə, eləcə də Polşa, həmçinin Bosniya və Herseqovina ilə UEFA Millətlər Liqası matçlarını buraxacağı diqqətə çatdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin