Millinin hücumçusu klubsuz qaldı
Fil Dişi Sahili yığmasının hücumçusu Vilfrid Boni Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O, klub rəhbərliyi ilə qarşılıqlı razılığa gəldiklərini bildirərək müqaviləyə xitam verildiyini və azad agent statusu aldığını bildirib. Boni klub rəhbərliyinə və azarkeşlərə ona göstərdikləri dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Boni bu ilin əvvəlindən “Əl-İttihad”da çıxış edirdi. O, daha öncə İngiltərənin “Mançester Siti” və “Stok Siti” klublarında, eləcə də Praqa “Sparta”sında, “Vittess”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin