“Bundan xoşu gəlməyən varsa, komandanı tərk etsin”
“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne, İngiltərə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, belçikalı futbolçu, Premyer Liqanın 28-ci turunda “Vest Hem”i minimal hesabla məğlub etdikləri oyun haqda danışıb:
“Vest Hem”ə qarşı yaxşı oynadıq. İnsanlar hər oyunu 5:0 hesabıyla qazanmağımızı gözləyir, ancaq bizim üçün vacib olan hesab deyil. Ən əsas şey, qol imkanları yaratmaq və ondan yararlanmaqdır. Bir neçə gün əvvəl “Çelsi” ilə final oyunu oynadığımızı heç kim unutmasın.
Oyun qrafikimiz ağırdır. Hər turnirdə yer alırıq və yaxşı oyun sərgiləyirik. Belə bir komandada olduğun zaman, həmişə üzərində təzyiqlərin olması normaldır. Bundan xoşu gəlməyən varsa, komandanı tərk etsin, gedib daha rahat bir klubda oynasın”.
“Mançester Siti” ilə 2023-cü ilə qədər müqaviləsi olan Bruyne, bu mövsüm 22 qarşılaşmada iştirak edərək, 4 qol vurub və 4 dəfə də məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin