Super Liqa klubunda yoluxma sayı 6-ya çıxdı
Türkiyənin “Hatayspor” klubunda koronavirusa yeni yoluxma halı aşkarlanıb.
Komanda.az xəbər verir ki, klub kollektivindən götürülmüş növbəti testlər nəticəsində daha üç futbolçunun koronavirusa yoluxduğu üzə çıxıb.
Həmin oyunçuların adları açıqlanmayıb. Bununla da “Ərzurumspor”la matçdan öncə “Hatayspor”un koronavirus aşkarlanan futbolçularının sayı 6-ya çatıb. Onların Super Liqanın növbəti turunda meydana çıxıb-çıxmayacağı bilinmir.
Qeyd edək ki, 5-ci tur çərçivəsində keçiriləcək “Hatayspor” – “Ərzurumspor” matçı oktyabrın 18-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin