“Milan”da baş məşqçi postuna namizədlərin adları bilindi

“Milan”da baş məşqçi postuna namizədlər məlum olub.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bunlar hazırda Belçika millisinə rəhbərlik edən Domeniko Tedesko, Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-İttihad”dan Marselo Qalyardo və “Əl-Duhail”dən Kristofer Qaltedir. Daha əvvəl italiyalı mütəxəssis Antonio Kontenin də namizədlər sırasında olduğu bildirilirdi.

Milan klubu mövsümün sonunda hazırkı baş məşqçi Stefano Pioli ilə vidalaşacaq.

Pioli 2019-cu ildən “Milan”ın “sükanı arxasında”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button