“Barselona” ərəblərdən təklif alıb

“Barselona”nın yarımmüdafiəçisi Rafinya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün sərfəli təklif alıb.

Braziliyalı oyunçu ötən ilin yayından La Liqa klubunda forma geyinir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Rafinya 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button