Ture yenidən Premyer Liqaya qayıtmaq istəyir

Son olaraq Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən Yaya Ture gələcək karyerası haqda danışıb.

Komanda.az xəbər verir ki, İngiltərənin “Sky Sports” nəşrinə açıqlama verən 35 yaşlı yarımmüdafiəçi, yenidən Premyer Liqada oynamaq istədiyini deyib:

“Karyeramı hələ bitirməmişəm. Futbol oynamağa davam edəcəm. Hansı kluba gedəcəyimlə bağlı bir fikrim yoxdur. Yenidən Premyer Liqaya qayıdıb, 1-2 mövsüm oynamaq istəyirəm”.

Ture karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinib. O, 97 dəfə Fil Dişi Sahili millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button