“Avropa Liqasında oynamaq üçün hər şey etməliyik” – Mourinyo

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Arsenal”a 2:1 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən portuqaliyalı mütəxəssis, Avropa Liqasına vəsiqə qazanmaq üçün çalışacaqlarını bildirib:

“Futbolçular ilk dəqiqədən sona qədər mübarizə apardı. Həm toplu, həm də topsuz, oyuna nəzarət etdiyimizi düşünürəm. Oyuna yaxşı başladıq, təzyiq etdik. İkinci hissədə isə futbolçular daha artıq güc sərf etdilər.

Avropa Liqasında oynamaq istəyərəm. Üstün tutduğum turnir deyil, amma Çempionlar Liqasında oynaya bilməyəndə, orda oynamalı olursan. Bu turnirdə iki dəfə oynayıb, hər ikisində qalib olmuşam. Üçüncü dəfə mübarizə aparıb, yenə qalib gəlmək pis olmaz. Növbəti mövsümdə Avropa Liqasında oynamaq üçün hər şey etməliyik”.

35 turdan sonra 52 xal toplayan “Tottenhem” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button