“Liverpul”un hucumçusu “Barselona”dan təklif gözləyir

“Liverpul”un hücumçusu Darvin Nunyes “Barselona”ya transfer olunmaq arzusundadır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, uruqvaylı forvard kataloniyalıların əsas hücumçusu Robert Levandovskinin müqaviləsi başa çatanda (2025-ci ilin yayında) “Barselona”ya keçməyə hazırdır.

Nunyes Levandovskinin yerinə “Barselona” rəhbərliyi üçün prioritet namizəddir.

İki il əvvəl “Liverpul” uruqvaylı futbolçuya görə 80 milyon avrodan çox pul ödəyib. Ona görə də, Mersisayd klubu futbolçu üçün böyük məbləğdə təzminat istəyəcək. 

24 yaşlı oyunçu bu mövsüm 11 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button