Raulun uzaqgörənliyi

“Real”ın keçmiş hücumçusu Raul Qonsales Çempionlar Liqasının yarımfinalının “Bayern”lə cavab görüşündə keçmiş komandasının geridönüş edəcəyini təxmin edib.

Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, oyunun 68-ci dəqiqəsində Münhen klubunun futbolçusu Alfonso Deyvis hesabı açaraq “Bayern”i önə çıxarıb. O anda Raul sosial media hesabında paylaşım edib: “Bu uşaqlar hələ nə etdiklərini bilmirlər”.

“Real”ın tarixinin ən yaxşı qolçularından biri haqlı çıxıb. Xoselu dubl edib və Karlo Ançelottinin komandasını Çempionlar Liqasının finalına çıxarıb.

“Real” turnirin finalında, iyunun 1-də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button