“Real”ın qapıçısı karyerası ilə bağlı qərar verib

Andrey Lunin karyerasını “Real”da davam etdirməkdə qərarlıdır.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, ukraynalı qapıçı “Mançester Yunayted” və PSJ-nin təkliflərinə baxmayaraq, Madrid klubunda qalmaq qərarına gəlib. Tərəflərin gələn həftə yeni müqavilə imzalayacağı gözlənilir. Müqavilə Çempionlar Liqasının final oyunundan əvvəl rəsmən açıqlana bilər. 

Lunin dünən “Real”la birlikdə Çempionlar Liqasının finalına yüksəlib. Turnirin yarımfinalında madridlilər “Bayern”i (2:2, 2:1) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button