ÇL: “Mən qəhrəmanam? Bu barədə heç nə bilmirəm”

“Real”ın hücumçusu Xoselu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bayern” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu xoşbəxt olduğunu bildirib:

“Mən qəhrəmanam? Bu barədə heç nə bilmirəm. Yalnız tam əminliklə deyə bilərəm ki, çox xoşbəxt insanam! “Real”da oynayanda və hesabı müqayisə edəndə başa düşürsən ki, hamı qələbəni qoparmaq üçün ikinci qolu vurmağa tələsəcək. Çünki burada qələbə qazanmalıyıq.

Təbii ki, hamı belə axşamları xəyal edir. Nəticədə, reallıq hətta ən çılğın gözləntilərimi də üstələdi”.

“Real” “Bayern”ə (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” (Dortmund) ilə qarşılaşacaqlar. Final oyunu iyunun 1-də “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button