MOİK Azərbaycan çempionu oldu

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda lider MOİK “Qaradağ Lökbatan”la qarşılaşıb. “Hərbçilər” hər hissədə 1 qol vurmaqla səfərdə qələbə qazanıb.

Bununla da sözügedən komanda sona 1 tur qalmış 1-ci divizionda çempionluğu rəsmiləşdirib.

Azərbaycan 1-ci divizionu, 25-ci tur

4 may

Keşlə-2 – Şüvəlan 1:0
Qol
: Elmir Rəhimzadə, 58.
Hakimlər: Elçin Məsiyev, Müslüm Əliyev, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“ASK Arena”.

Zirə-2 – Sumqayıt-2 2:4
Qol
: Müşfiq İlyasov, 61; 75 – Fərid Kərimzadə, 4; 11. Ülvi Əliyev, 9. Emin Zamanov, 41.
Hakimlər: Kamal Umudlu, Elxan Əsgərzadə, Ruslan Quliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
“AZAL Arena”.

Turan Tovuz – Səbail-2 2:2
Qol
: İlkin Sadıqov, 65; 73 – Təyyar Məmmədov, 32. Xəlil Bəşirov, 84.
Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Elmin Süleymanov, Zeynal Zeynalov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu.

Kəpəz – Ağsu 4:1
Qol
: Oqtay Məmmədov, 30; 41. Əli Səmədov, 35. Ümid Əhmədov, 90+3-pen. – Ramil Əliyev, 63.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Xəlil Xəlilov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu.

Sabah-2 – Qarabağ-2 0:1
Qol
: Cavid Bayramov, 88-pen.
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu.

Qaradağ Lökbatan – MOİK 0:2
Qol
: Bahadur Həziyev, 9. Orxan Həsənov, 73.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Zaqatala – Neftçi-2 1:1
Qol
: Ramin Əhmədov, 90+7 – Əlibəy Məmmədli, 73.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Qəzənfər Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button