Elmar Baxşıyev: “Buna görə təəssüflənməyə dəyməz”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 3:0) şərh edib.

Komanda.az xəbər verir ki, o, səfərdə baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik.
  • Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə forma yığmağa başlamışdı.
  • Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odu ki, komanda istədiyimizi edir.
  • Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
  • Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.
  • Baş məşqçi kimi debütünüz uğurlu oldu…
  • Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi.
  • Bəhlul Mustafazadənin qol vurmasına sevindiz?
  • Bəhlula yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldı. İstədiyimiz də odu ki, matçın 60-70 faizini hücumda keçirək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button