“Ceyhun Sultanov xaraktersiz adamdır” – “Neftçi”nin keçmiş futbolçusu

“Neftçi”dən ayrılaraq, Cənubi Koreyanın “Daequ” klubuna keçən Dario Federiko, “ağ-qaralar”dan narazılıqla ayrıldığıyla bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Komanda.az xəbər verir ki, Dario məlumatları təsdiqləyib.  Braziliyalı yarımmüdafiəçi “Neftçi”nin idman direktoru Ceyhun Sulıtanovun xaraktersiz olduğunu deyib:

“Neftçi” ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən, əsəbiləşdim və müəyyən narazılıq yarandı.

“Neftçi”nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl etmədi. Lakin mən istədiyimi həyata keçirdim və “Neftçi”dən ayrıldım”. (Qafqazinfo)

Dario Federiko 2018/2019-cu illərdə “Neftçi”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button