Avropa çempionatının ən güclüsü – Almaniya!

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Belarus yığmasına 4:0 hesabı ilə qalib gələn Almaniya milli komandası turnirin final mərhələsinə vəsiqə qazanıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bununla da, Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Eyni zamanda, almanlar 1972-ci ildən bəri bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.

Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button