Ziyex istədi, “Ayaks” qiymət qoydu

Hollandiyanın “Ayaks” klubu futbolçusu Hakim Ziyexin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Futbolçunun bu istəyini müsbət qarşılayan Amsterdam təmsilçisi, transfer qiymətini də açıqlayıb. “Ayaks” cinah futbolçusu üçün 30 milyon avro tələb edir.

“Liverpul”, “Arsenal”, “Roma” kimi klubların maraq dairəsində olduğu deyilən mərakeşli futbolçunun yeni komandasının yaxın günlərdə müəyyənləşəcəyi bildirilir.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button