“Zirə” növbəti darmadağınla Konfrans Liqasının 2-ci mərhələsində!

“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində Gürcüstan komandası “Torpedo” ilə mübarizə aparan Azərbaycan təmsilçisi ilə bu rəqibi ilə səfərdə qarşılaşıb.

Kutaisidə baş tutacaq oyunu macarıstanlı hakimlər idarə edib. Oyunun baş hakimi Mihali Kapray olub.

“Zirə” bu rəqibinə Sumqayıtda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlmişdi. Bu üzdən də Rəşad Sadıqovun komanda mərhələ adlamağa daha yaxın idi. Səfərdə də oxşar hesabla qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib.

“Zirə” növbəti mərhələdə “Hegelmann”ı (Litva) mübarizədən kənarlaşdıran “Payde” (Estoniya) ilə qarşılaşacaq.

Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

16 iyul

Torpedo – Zirə 0:3
Qollar: Eren Aydın, 25; 70. Amin Seydiyev, 39.
Baş hakim: Mihali Kapray (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.

Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 20. Dino Skorup, 22. Dato Bukiya, 24. Luka Latsabidze, 33. Mateo Stamatov.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 5. Tsotne Nadaraya, 6. Məhəmməd Şerif, 8. Mateo İtrak, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili, 39. Vircil Pinson.
Baş məşqçi: Dirk Şuster.
Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 11. Martins Junior, 17. Vieyrinya, 21. Quima 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button