Rəşad Sadıqov keçmiş komandasına qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama matçını keçirəcək. 

Komanda.az xəbər verir ki, “qartallar” “Kocaelispor”la üz-üzə gələcək.

Türkiyə birinci liqasında mübarizə aparan komanda ilə oyun saat 17:00-da başlayacaq.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi 2008-2009-cu illərdə “Kocaelispor”da forma geyinib.

“Zirə” Türkiyə toplanışı çərçivəsində “Fatih Karagümrük” (0:0) və “Simba” (1:1) ilə qarşılaşıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button