“Zirə”nin legioneri “5”-lə “11-lik”də

Sadio Tounkara “Zirə”nin heyətində Premyer Liqada 5-ci qolunu vurub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, malili yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 25-ci turunun “Qəbələ” ilə səfər oyununda fərqlənib. 2017-ci il oktyabrın 21-də “Sumqayıt”la rəqib meydanındakı görüşdə (1:2) özünün qol hesabını açan legioner “5”-ə 35-ci oyunda çatıb. O, ötən mövsümün 16 matçında üç, cari çempionatın 19 qarşılaşmasında iki dəfə qol sevinci yaşayıb.

Sadio “qartallar”ın Premyer Liqadakı ən məhsuldar 11 futbolçusu sırasında yer alıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Luis Alberto Diezə çatan Tounkara bombardirlər siyahısında 7-ci yerə şərikdir. Cədvələ 14 qol vuran Nelson Bonilla başçılıq edir.