“Zirə”də yeni hücumçu – Rəsmi
“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Futbolçu daha əvvəl ölkəsinin “Kruzeyro”, “Krisiuma”, “Yuventude”, “Parana”, “San Bento”, “Ferrovayra”, İtaliyanın “Kalyari”, Portuqaliyanın “Arouka” və “Eştoril” klublarının şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger, 3 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin