
Zidanla Fransa millisi arasında müqavilənin detalları məlum oldu
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan olacaq.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və rəsmi təyinatın iyulun 24-nə qədər açıqlanacağı gözlənilir.
Fransa Futbol Federasiyası müqavilənin iyulun 21-dək imzalanmasını istəyir. Sənəd hələ rəsmiləşdirilməsə də, bütün şərtlər üzrə razılıq əldə olunub.
Bildirilir ki, Zidanın millidə aylıq maaşı bonuslar nəzərə alınmadan 300 min avro təşkil edəcək. Müxtəlif mükafatlarla birlikdə bu məbləğ 450 min avroya qədər yüksələ bilər. Yeni qanunvericiliyə əsasən, Fransa millisinin baş məşqçisi bundan artıq maaş ala bilməz.
54 yaşlı mütəxəssis 2021-ci ildən bəri heç bir komandada çalışmayıb. O, 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib. Madridlilər onun rəhbərliyi altında ardıcıl 3 dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Bizi Facebook-da izləyin



