Azərbaycanın çimərlik futbolu millisi İngiltərəyə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsindəki (EBSL) ilk oyununda İngiltərə yığmasını məğlub edib.

Komanda.az AFFA-ya sitinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Batumi çimərlik meydançasında baş tutan görüşdə 8:3 hesablı qələbə qazanıb.

Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol vurublar.

Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button