“Ayaks” yaxşı komandadır, amma…” – Eriksen
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Ayaks”a 0:1 hesabı ilə məğlub olan “Tottenhem”in futbolçusu Kristian Eriksen matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu, rəqibə yaxşı oynamaları üçün kömək etdiklərini deyib:
“Oyunda təzyiq altında idik, əlimizdən gələnin ən yaxşısını edə bilmədik. Birinci hissədə çox səhv etdik, ilk 20 dəqiqədə sadəcə topu izlədik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. “Ayaks” yaxşı komandadır, amma onlara daha yaxşı olmaları üçün kömək etdik.
Zədəli futbolçular haqqında danışmağa davam edə bilmərik. Yarımfinaldayıq və artıq kimin oynadığının bir əhəmiyyəti yoxdur. Ümid edirəm ki, Amsterdamda işləri öz xeyrimizə dəyişməyi bacararıq”.
Bizi Facebook-da izləyin