“Yuventus”un Ronaldo qərarı

İtaliyanın “Yuventus” klubu hücumçusu Kriştiano Ronaldo ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”, portuqaliyalı futbolçunu satmağa qərar verib. “Yuventus”un koronavirus pandemiyasının kluba verdiyi maddi zərər səbəbiylə bu addımı atdığı bildirilir. Klub Ronaldonun təzminat qiymətini 57 milyon avro olaraq müəyyənləşdirib. Ronaldo “Yuventus”da illik 31 milyon avro qazanır.

35 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button