“Mançester Yunayted”də istənilən vəzifədə çalışaram”

“Mançester Yunayted”in sabiq kapitanı Antonio Valensiya keçmiş klubuna qayıtmağa hazır olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ekvadorlu keçmiş futbolçu, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maykl Karriklə əlaqələrini qoruyub saxladığını və onun uğurlarını yaxından izlədiyini bildirib:

“Karrik çox hörmət etdiyim bir insandır. Ona məşqçilik karyerasında uğurlar arzuladım. Düşünürəm ki, hər şey onun üçün yaxşı gedir. Yeni mövsümə baş məşqçi kimi başlaması məni sevindirir”.

40 yaşlı veteran “Old Trafford”a mümkün qayıdışı ilə bağlı suala da birmənalı cavab verib:

“Bəli, qayıdardım. “Mançester Yunayted” mənə çox şey verib. Ailəm də orada çox xoşbəxt idi. Bu kluba olan sevgimdən, orada istənilən vəzifədə çalışaram. Düşünürəm ki, hazırda atılan addımlar düzgündür. Məni çağırsalar, dərhal ora yollanaram”.

Valensiya 2009-2019-cu illərdə “Mançester Yunayted”in formasını geyinib. O, bu müddətdə 339 oyunda meydana çıxaraq, 25 qol vurub. Sabiq kapitan klubla birlikdə iki dəfə İngiltərə çempionu olub, həmçinin, Avropa Liqasını və bir sıra yerli kubokları qazanıb. O, 2021-ci ildə isə futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button