
DÇ-2026: Türkiyə millisi ilk oyununu keçirəcək
ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatında daha dörd oyun keçiriləcək.
Komanda.az xəbər verir ki, B qrupunun ikinci matçında Qətər İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
C qrupunun Braziliya – Mərakeş görüşü saat 02:00-da, Haiti – Şotlandiya matçı saat 05:00-da başlayacaq.
Saat 08:00-da isə D qrupunun Avstraliya – Türkiyə oyununa start veriləcək.
DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
13 iyun
B qrupu
23:00. Qətər – İsveçrə
Baş hakim: Said Martines (Honduras)
“San Francisco Bay Area” stadionu
14 iyun
C qrupu
02:00. Braziliya – Mərakeş
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Nyu-York/Nyu-Cersi stadionu
05:00. Haiti – Şotlandiya
Baş hakim: Mustafa Qorbal (Əlcəzair)
Boston stadionu
D qrupu
08:00. Avstraliya – Türkiyə
Baş hakim: Xesus Valensuela (Venesuela)
“BC Place Vancouver” stadionu
Bizi Facebook-da izləyin



