Runi şotlandiyalı futbolçunun “Mançester Yunayted”ə qayıtmasını istəyir

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi, “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyi yenidən keçmiş klubu “Mançester Yunayted”də görmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Runi məsələ ilə bağlı bunu deyib:

“Mançester Yunayted”in Maktomineyi buraxdığına inana bilmirdim. Onun nə qədər çalışdığını görmək olardı. Maktominey hər oyunda oynamağa hazır idi. O, həqiqətən də faydalı idi. Onu geri qayıtmaq istərdim”.

Şotlandiyalı futbolçu 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Napoli”yə keçib. 29 yaşlı futbolçu 2025/26 mövsümündə A Seriyasında 33 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button